USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Azərbaycanın ötən il aldığı texniki yardım və qrantların həcmi açıqlanıb


Azərbaycanın ötən il aldığı texniki yardım və qrantların həcmi açıqlanıb

2020-ci il ərzində Azərbaycana müxtəlif donor ölkələr və beynəlxalq maliyyə təşkilatları tərəfindən ümumi məbləği 36,8 mln. ABŞ dollarına ekvivalent olan texniki yardım və qrantlar ayrılıb.

Simurq.net in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb. Bundan əlavə ölkə ümumi büdcəsi 3,1 mln. dollar təşkil edən 4 regional texniki yardım layihəsinə qoşulub. Sözügedən texniki yardım və qrantlar kənd təsərrüfatı, səhiyyə, meliorasiya, regional inkişaf, startapların dəstəklənməsi və sair sahələri əhatə edən layihə və proqramlar üzrə ölkə üçün ayrılıb.

Qeyd edək ki, 2021-ci il 1 yanvar tarixinə Azərbaycan beynəlxalq maliyyə-kredit qurumları ilə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən 168 layihə üzrə ümumi məbləği 13,031 mlrd. ABŞ dolları ekvivalentində 210 kredit sazişləri imzalayıb. 2021-ci il 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3,732 mlrd. dollar məbləğində əsas borc qaytarılıb.


Oxşar xəbərlər