USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakı Ali Neft Məktəbində “Vətən yaxşıdır” müsabiqəsi keçiriləcək - FOTO


  • Təhsil ,
  • 6 ay əvvəl əlavə olunub,
  • 417 dəfə oxunub
Bakı Ali Neft Məktəbində “Vətən yaxşıdır” müsabiqəsi keçiriləcək - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) 12 fevral 2021-ci il tarixində saat 19:00-da ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərə həsr olunmuş “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək. 

BANM-dən verilən məlumata görə, “Zoom” platforması üzərindən təşkil olunacaq müsabiqə Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarını əhatə edəcək. 

Müsabiqənin nəticələrinə əsasən, 1-ci yerin qalibi 300 manat, 2-ci yer 200 manat, 3-cü yer 100 manat, 4-10-cu yerlərin sahibləri isə həvəsləndirici pul mükafatları ilə mükafatlandırılacaqlar. 

Eyni zamanda, bütün iştirakçılar diplomlar və sertifikatlarla da təltif olunacaqlar. Qaliblər peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq. 

Qeyd edək ki, Xalq şairi Ramiz Rövşənin sədrlik edəcəyi münsiflər heyətinə Xalq artisti Rasim Balayev, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva daxildir.



Oxşar xəbərlər