USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib


Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib

Bakı Dövlət Sirkində “Dünya sirk günü” ilə bağlı görüş keçirilib. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan sirk sənətinin tanınmış ustaları və Bakı Dövlət Sirki orkestrinin üzvləri iştirak ediblər.

Azərbaycan sirkinin korifeylərinin iştirak etdiyi görüşdə ölkəmizdə sirk tarixi, əldə edilmiş nailiyyətlər və Azərbaycan sirkinin müasir çağırışlara uyğun yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə sirk sənətinin inkişafı istiqamətində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd milli ənənələrlə müasirliyin sintezi əsasında müasir sirkin təşkilidir.

Qeyd edək ki, hər il aprel ayının 3-cü şənbə günü dünyada “Beynəlxalq sirk günü” kimi qeyd edilir. Əlamətdar gün 2009-cu ildə Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyasının təşəbbüsü ilə təsis edilib. Bir çox ölkədə qeyd olunun bu günün məqsədi dünya mədəniyyətində sirk sənətinin yerini, bu sənətin mədəni irsə töhfələrini diqqətə çatdırmaqdır. Müasir dünyada sirk sənəti ölkələrin milli mədəniyyətinin mühüm bir hissəsini təşkil edir.



Oxşar xəbərlər