USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakı sakinlərindən narkotik götürülüb


  • Araşdırma,
  • 4 ay əvvəl əlavə olunub,
  • 31 dəfə oxunub
Bakı sakinlərindən narkotik götürülüb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı saxlanılan şəxsdə 1 kiloqram 320 qram heroin aşkar edilib.

Digər bir əməliyyatla isə Xəzər rayon sakini İ.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq, Qala qəsəbəsindəki evindən isə 366 qramdan artıq heroin və 1 kiloqram 305 qram marixuana aşkar edilərək götürülüb.


Oxşar xəbərlər