USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakıda mağazadan oğurluq edilib.


  • Hadisə,
  • 3 ay əvvəl əlavə olunub,
  • 28 dəfə oxunub
Bakıda mağazadan oğurluq edilib.

Bakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandı.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini K.Xasıyevlə birgə Bakı şəhər sakinləri Ü.Kazımlının mopedini, S.Babyevin “Yamaha” və C.Həsənovun “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılıb.


Oxşar xəbərlər