USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakıda şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib FOTO


  • Siyasət,
  • 5 ay əvvəl əlavə olunub,
  • 58 dəfə oxunub
Bakıda şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.

Simurq.net xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.



Oxşar xəbərlər