USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib


  • Hadisə,
  • 5 ay əvvəl əlavə olunub,
  • 45 dəfə oxunub
Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

Simurq.net in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxşar xəbərlər