USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakıda yeniyetməni transformatorda cərəyan vuraraq öldürüb


  • Hadisə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 80 dəfə oxunub
Bakıda yeniyetməni transformatorda cərəyan vuraraq öldürüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

Simurq.net in FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.


Oxşar xəbərlər