USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bakıya gəlmək üçün əyləşdiyi taksidən qızıl oğurlayan tutuldu


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 49 dəfə oxunub
Bakıya gəlmək üçün əyləşdiyi taksidən qızıl oğurlayan tutuldu

Şəmkirdə avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər