USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Balakəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. FOTO


  • Araşdırma,
  • 6 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Balakəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.



Oxşar xəbərlər