USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Balakəndə yas mərasimləri keçirənlər cərimələnib. FOTO


  • Gündəm,
  • 6 ay əvvəl əlavə olunub,
  • 61 dəfə oxunub
Balakəndə yas mərasimləri keçirənlər cərimələnib. FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib.

Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub. Mərasimləri təşkil edən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.



Oxşar xəbərlər