USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bayden ABŞ-ın hansı halda hərbi güc istifadə edəcəyini açıqladı


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 640 dəfə oxunub
Bayden ABŞ-ın hansı halda hərbi güc istifadə edəcəyini açıqladı

ABŞ Prezidenti Co Bayden ölkəsinin beynəlxalq aləmdə hərbi güc tətbiq etməsinin şərtini açıqlayıb.

TASS xəbər verir ki, bu barədə o, Pentaqondakı çıxışı zamanı danışıb.

Baydenə görə, ABŞ gücdən yalnız ilk yox, son çarə kimi istifadə etməlidir.

O qeyd edib ki, ABŞ Müdafiə Nazirliyinin əsas missiyası düşmənlərin təcavüzünün qarşısını almaq və lazım gələrsə döyüş əməliyyatları aparmaq, habelə ABŞ-ın təhlükəsizlikdə olması üçün müharibələrdə qalib gəlməkdir.

Bayden lazım gələrsə ABŞ vətəndaşlarının və ABŞ-ın dünyadakı müttəfiqlərinin maraqlarını qorumaq üçün güc tətbiq etməkdən çəkinməyəcəyini vurğulayıb.


Oxşar xəbərlər