USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bayden Myanmaya qarşı sanksiya haqqında fərman imzalayıb


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 608 dəfə oxunub
Bayden Myanmaya qarşı sanksiya haqqında fərman imzalayıb

ABŞ Prezidenti Co Bayden Myanmada dövlət çevrilişi edən hərbi rəhbərliyə qarşı sanksiya tətbiqini nəzərdə tutan fərman imzalayıb.

Simurq.net “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə çıxışı zamanı deyib.

“ABŞ hökuməti generalların Birləşmiş Ştatlarda yerləşən və Birma (Myanma) hökumətinə aid vəsaitlərdən 1 milyard dollar əldə etmələri üçün lüzumsuz imkanlarının qarşısını almaq məqsədilə addımlar atır. Bu gün çevrilişi həyata keçirən hərbi rəhbərliyə, habelə onların biznes maraqlarına və ailə üzvlərinə qarşı dərhal sanksiya tətbiq etməyimizə imkan yaradan yeni fərmanı təsdiqlədim”, - deyə Bayden bildirib.

Onun sözlərinə görə, sanksiyaların aid ediləcəyi şəxslərin “ilk raundu” bu həftə müəyyənləşdiriləcək.

Bayden, həmçinin qeyd edib ki, ABŞ administrasiyası ixracata nəzarəti sərtləşdirməyi, Myanma hökumətinə kömək edən ABŞ aktivlərinin dondurulmasını planlaşdırır, eyni zamanda humanitar yardım da davam etdiriləcək.

“Əlavə tədbirlər görməyə hazır olacağıq”, - amerikalı lider əlavə edib.


Oxşar xəbərlər