USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bayden: "Putinə yayda Avropada yüksək səviyyəli görüş keçirməyi təklif etdim"


  • Dünya,
  • 2 ay əvvəl əlavə olunub,
  • 32 dəfə oxunub
Bayden: "Putinə yayda Avropada yüksək səviyyəli görüş keçirməyi təklif etdim"

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə yayda Avropada sammit keçirməyi təklif edib.

Simurq.net TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Rusiya ilə münasibətə dair siyasətə həsr olunmuş nitqlə çıxış edərkən bildirib.

“Prezident Putinlə danışarkən aramızdakı şəxsi, birbaşa təmasın xüsusilə daha effektiv münasibətlər üçün çox vacib olduğuna əmin oldum. O da bununla razılaşdı. Bu baxımdan, ölkələrimiz qarşısında duran bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”, - Bayden belə deyib.

Onun sözlərinə görə, “hazırda komandalar bu fürsətin mümkünlüyünü müzakirə edirlər”. Ağ Evin rəhbəri yüksək səviyyəli görüş çərçivəsində strateji sabitliklə bağlı dialoqa başlamağı da təklif edib.


Oxşar xəbərlər