USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bayden və Putin arasında telefon danışığı olub


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 54 dəfə oxunub
Bayden və Putin arasında telefon danışığı olub

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

TASS xəbər verir ki, dövlət başçıları bir sıra regional və qlobal əhəmiyyətli məsələləri müzakirə edib, Strateji Hücum Silahları haqqında razılaşma çərçivəsində dialoqu davam etdirməyin vacibliyini vurğulayıblar.

Ağ Ev rəhbəri kiberhücumlar və seçki prosesinə müdaxilə məsələlərində ABŞ-ın öz maraqlarını ciddi şəkildə müdafiə edəcəyini bəyan edib.

ABŞ prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəsklədiyini qeyd edərək, Rusiya qoşunlarının bölgədə cəmləşməsindən narahatlığını ifadə edib. O, həmçinin Rusiyanı regionda gərginliyin azaldılmasına çağırıb. 


Oxşar xəbərlər