USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Baydenə məktub vermək istəyən qadının silahlı olduğu aşkar edilib


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 77 dəfə oxunub
Baydenə məktub vermək istəyən qadının silahlı olduğu aşkar edilib

ABŞ-da p​​​​olislər Ağ Evin yaxınlığında maşınında odlu silah gəzdirən qadını saxlayıblar.

“Fox News” telekanalı bu barədə hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Güc strukturlarının məlumatına əsasən, 66 yaşlı qadın ABŞ prezidentinin iqamətgahının hasarlanmış ərazisinə girməyə cəhd edib.

Silah gəzdirən qadın iddia edib ki, o, Birləşmiş Ştatlar prezidenti Cozef Baydenə yazılı müraciət təqdim etmək istəyib.  

Həmçinin qeyd olunur ki, qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib.

Hazırda qadın saxlanılıb, araşdırma aparılır.


Oxşar xəbərlər