USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bərdə sakinindən qumbara götürülüb


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 76 dəfə oxunub
Bərdə sakinindən qumbara götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında mart ayının 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F. Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət göstərən tikiliyə baxış keçirilib.

Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.   

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Oxşar xəbərlər