USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bərdədə narkotik vasitələr aşkar edilərək götürülüb 


  • ,
  • 8 ay əvvəl əlavə olunub,
  • 1733 dəfə oxunub
Bərdədə narkotik vasitələr aşkar edilərək götürülüb 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb. Saxlanılan şəxslərdən metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb. Belə ki, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Əliyev idarə etdiyi mopedlə birgə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir kibrit qutusunda qablaşdırılmış marixuana, mopedindən isə sellofan paketə bükülmüş 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilmiş digər tədbirlərlə Bərdə rayon sakinləri, Gündüz Babayev və əvvəllər məhkum edilmiş Nemət Səfərov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman G. Babayevdən metamfetamin və N. Səfərovdan 6 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

 Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.

Fəzail Səfərov


Oxşar xəbərlər

Bu gün 11.02.2021 tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsayev Amid Eldar oğlunun doğum günüdür.
https://simurq.net/category/" title="">
  • 8 ay əvvəl
  • Bu gün 11.02.2021 tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsayev Amid Eldar oğlunun doğum günüdür.