USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə qar yağacaq


  • Ölkə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 42 dəfə oxunub
Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə qar yağacaq

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

Bakıda gecə 6-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.


Oxşar xəbərlər