USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək


  • Ölkə,
  • 5 ay əvvəl əlavə olunub,
  • 52 dəfə oxunub
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək

Aprelin 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. 

Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Oxşar xəbərlər