USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlanıb


  • Araşdırma,
  • 7 ay əvvəl əlavə olunub,
  • 94 dəfə oxunub
Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlanıb

Biləsuvar rayonunda avtomobildən külli miqdarda heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri A. Nəsirov və A. Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən 3 kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər