USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bill Qeyts bəşəriyyətin üzləşdiyi ən çətin problemi açıqladı


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 1413 dəfə oxunub
Bill Qeyts bəşəriyyətin üzləşdiyi ən çətin problemi açıqladı

“Bəşəriyyətin qarşısında dayanan ən çətin problem 2050-ci ilə iqlim neytrallığına nail olmaqdır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts deyib.

“Bu, bəşəriyyətin nə vaxtsa qarşılaşdığı ən böyük problemdir, çünki fiziki olaraq dünya iqtisadiyyatı – sement, polad, nəqliyyat, kənd təsərrüfatı – bütün bu sektorlar dəyişməlidir”, - deyə B.Qeyts bildirib.

Onun sözlərinə görə, innovasiyaların tətbiqi, onların genişləndirilməsi, həmçinin iqlim neytrallığı siyasətinin aparılması sözügedən problemin 2050-ci ilə qədər həllinə imkan verəcək.


Oxşar xəbərlər