USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

BMT Baş katibi ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına qayıtmaq qərarını alqışlayıb


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 53 dəfə oxunub
BMT Baş katibi ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına qayıtmaq qərarını alqışlayıb

BMT Baş katibi Antonio Quterreş Birləşmiş Ştatların BMT İnsan Haqları Şurasına qayıtmasını alqışlayır və ölkənin təşkilatın işinə əhəmiyyətli töhfələr verəcəyini düşünür.

Simurq.net TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmaqla bağlı qərarını alqışlayır. Təşkilat ABŞ-ın Şuranın təxirəsalınmaz işində vacib səsinin eşidilməsini səbirsizliklə gözləyir”, - deyə Düjarrik mətbuat konfransında qeyd edib.


Oxşar xəbərlər