USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

BMT baş katibi: “Pandemiya insan hüquqlarına neqativ təsir edib”


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 81 dəfə oxunub
BMT baş katibi: “Pandemiya insan hüquqlarına neqativ təsir edib”

Pandemiya dövründə dünyada insan hüquqları pozuntularının sayı kəskin şəkildə artıb.

“RİA Novosti” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Cenevrədə BMT İnsan Haqları Şurasının 46-cı iclasının açılışında çıxışı zamanı deyib.

“Pandemiya ailəmizin və insan hüquqlarının bütün - mülki, mədəni, iqtisadi, siyasi və sosial spektrlərinin bir-biri ilə əlaqəli olduğunu açıq şəkildə göstərdi”.

Baş katibin sözlərinə görə, koronavirus əvvəllər mövcud olan fərqləri, zəiflik və bərabərsizliyi mənfi təsir altına alıb, həmçinin insan hüquqları sahəsində yeni problemlərin ortaya çıxmasına səbəb olub.

İş yerlərinin itirilməsi, borcların artması və gəlirlərin kəskin azalması yüz milyonlarla ailənin həyatını kəskin şəkildə dəyişdirib.

Pandemiyanın nəticələrindən ən çox qadınlar, azlıqlar, əlillər, qocalar, qaçqınlar, miqrantlar və yerli xalqlar təsirlənib.


Oxşar xəbərlər