USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Böyük Britaniya ilə ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 74 dəfə oxunub
Böyük Britaniya ilə ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


Oxşar xəbərlər