USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Böyük Britaniya iqtisadiyyatı yanvarda 2,9% azalıb


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 64 dəfə oxunub
Böyük Britaniya iqtisadiyyatı yanvarda 2,9% azalıb

Bu ilin yanvar ayında Böyük Britaniyanın ÜDM-i dekabr ayı ilə müqayisədə 2,9% azalıb.

Simurq.net in Böyük Britaniya Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə ölkədə ÜDM istehsalı 9,2% azalıb. Son üç ayda müddətində isə iqtisadiyyat 1,7% geriləyib.

Qeyd edək ki, "Reuters" tərəfindən sorğu aparılan iqtisadçılar yanvarda Böyük Britaniya iqtisadiyyatının aylıq 4,9% azalacağını proqnozlaşdırırdılar.

Xatırladaq ki, İngiltərə Bankının ("Bank of England") proqnozlarına görə, Böyük Britaniya iqtisadiyyatı 2021-ci ilin I rübündə 4% azalacaq. Azalmanın səbəbləri kimi, yalnız COVID-19 pandemiyası deyil, həm də "Brexit" sonrası Avropa İttifaqı ilə ticarət əlaqələrinin pozulması göstərilir.


Oxşar xəbərlər