USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bu gün, günün birinci yarısında Bakıda üç ağır yol nəqiliyyat hadisəsi baş verib.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 398 dəfə oxunub
Bu gün, günün birinci yarısında Bakıda üç ağır yol nəqiliyyat hadisəsi baş verib.

"Simurq.net" xəbər verir ki, bu gun sabah saatlarında, Nəsimi rayonunda yol nəqiliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Digər hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Maştağa qəsəbəsində avtomobil yolu keçən 1941-ci il təvəllüdlü Rzayev Ağahüseyn Gülmirzə oğlunu vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları 

qoyulub.

 

Bir başqa hadisə isə, Binəqədi rayonunda baş verib

İki avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü Fərzəliyeva Aytən Fərhad qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hər üç hadisə ilə bağlı araşdırma aparılır.

Elçin Aslanov

Bakı


Oxşar xəbərlər