USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bu il Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq. 


  • Ölkə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 2598 dəfə oxunub
Bu il Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq. 

Azərbaycanda Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq.

Simurq.net in məlumatına görə, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.   

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq. 

Qeyd edək ki, 8 mart Qadınlar günü də iş günü deyil.


Oxşar xəbərlər