USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinə 3000 mənzil veriləcək


  • Ölkə,
  • 22 gün əvvəl əlavə olunub,
  • 24 dəfə oxunub
Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinə 3000 mənzil veriləcək

Yanvarın 25-də yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanan müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalanıb. 

Bu sərəncamın ikinci bəndində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibə zamanı əlilliyi olan şəxslərin mənzil təminatının həyata keçirilməsi tapşırılıb. 

Simurq.net in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. 

Onun sözlərinə görə, bu sərəncam çərçivəsində 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulur: “Dövlət başçısının tapşırığına uyğun olaraq məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə bir neçə yaşayış kompleksindən 3000 mənzil veriləcək, eyni zamanda fərdi evlərin tikintisinə başlanılıb. Ötən il vətəndaşlara 790 fərdi ev verilib, bu il isə 450 fərdi evin tikintisi nəzərdə tutulub. Artıq aidiyyəti qurumlara həmin şəxslərin torpaq sahəsi ilə təmin olunması üçün müraciətlər olunub. Prosedurlar həyata keçirilir, qısa müddət ərzində tikintilərə başlanılacaq”.

V. Behbudov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxslər, yəni avtomobil növbəsinə dayanmaq üçün tibbi göstərişi olan müharibə əlilləri avtomobillərlə təmin olunur. Bu günə qədər 7200 şəxsə avtomobil verilib: "Bu il də bu proses davam etdiriləcək. Bu il növbədə olan şəxslərə avtomobil verilməsinə başlanılacaq”.


Oxşar xəbərlər