USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

BVF: Azərbaycanda geniş pul kütləsi bu il rekorda çatacaq


BVF: Azərbaycanda geniş pul kütləsi bu il rekorda çatacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 6,6% artaraq 2021-ci ilin sonuna 31,112 mlrd. manata çatacaq.

Simurq.net in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Bu gözlənti 2020-ci ilin oktyabrında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. 2022-ci ildə isə ölkədə geniş mənada pul kütləsinin həcminin 7% artması gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanda geniş pul kütləsinin həcmi 1,1% artaraq 29,186 mlrd. manat təşkil edib. Həmin tarixə, bu qeydə alınan ən yüksək göstərici idi. Beləliklə, Fondun 6,6%-lik artım proqnozunu nəzərə alaraq, 2021-ci ilin sonuna ölkədə M3 pul aqreqatının həcmi özünün tarixi rekordunu yeniləyəcək.

Xatırladaq ki, geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.


Oxşar xəbərlər