USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Çavuşoğlu: “ABŞ Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı balanslı siyasət yürüdür”


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 73 dəfə oxunub
Çavuşoğlu: “ABŞ Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı balanslı siyasət yürüdür”

"ABŞ bu günə qədər Kipr məsələsi, eyni zamanda, Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı balanslı siyasət yürüdüb".

Simurq.net in xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığının baş tutduğunu xatırladan Türkiyə XİN başçısı vurğulayıb ki, amerikalı həmkarından adıçəkilən məsələlərdə ABŞ-ın balanslı siyasətini davam etdirməyi xahiş edib.

M. Çavuşoğlu Türkiyə-Misir münasibətlərinə də toxunub. O qeyd edib ki, Misir ərəb dünyası, islam dünyası, habelə Afrika və Fələstin üçün əhəmiyyətli bir ölkədir.


Oxşar xəbərlər