USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü planlaşdırılır”


  • Siyasət,
  • 8 ay əvvəl əlavə olunub,
  • 132 dəfə oxunub
Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü planlaşdırılır”

Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli sammiti keçirilə bilər.

Simurq.net in məlumatına görə, bu barədə Türkmənistanda səfərdə olan Türkiyənin Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdumuhammedov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib. Bununla bağlı tarix müzakirə olunub və görüş iyun-iyul ayları üçün nəzərdə tutulub.

“Həmçinin həmin ziyarət zamanı Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü keçirilməsi planlaşdırılır. Bu sammitdə vacib sazişlər imzalanacaq. Dolayısı ilə münasibətlərimizin hüquqi bazasını daha da gücləndirəcəyik”, - deyə XİN rəhbəri əlavə edib.


Oxşar xəbərlər