USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Çavuşoğlu: “Rusiya və Türkiyə qarşı tərəflərdə olsa belə, bunu əməkdaşlığa çevirə bilir”


  • Dünya,
  • 2 ay əvvəl əlavə olunub,
  • 33 dəfə oxunub
Çavuşoğlu: “Rusiya və Türkiyə qarşı tərəflərdə olsa belə, bunu əməkdaşlığa çevirə bilir”

“Qara dənizin sülh bölgəsi olmasını istəyirik. Biz bu fikri müdafiə edirik”.

Simurq.net in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir: “Biz Ukraynanın da, elə Rusiyanın da, ümumilikdə bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Ukrayna ilə də, Rusiya ilə də çox yaxşı münasibətlərimiz var. Türkiyə səmimi siyasət yürüdür”. 

XİN başçısı qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir çox sahədə əməkdaşlıq var: “Suriyada, Liviyada da Rusiya ilə əməkdaşlıq edirik. Azərbaycanda, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəz fəaliyyət göstərir. Rusiya və Türkiyə qarşı tərəflərdə olsa belə, bunu əməkdaşlığa çevirə bilirlər”.


Oxşar xəbərlər