USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Cəbrayıl polisi biri qadın olmaqla iki nəfərdən külli miqdarda narkotik aşkar etdi - FOTO


  • Araşdırma,
  • 3 ay əvvəl əlavə olunub,
  • 34 dəfə oxunub
Cəbrayıl polisi biri qadın olmaqla iki nəfərdən külli miqdarda narkotik aşkar etdi - FOTO

LCəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Simurq.net ə verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum edilmiş Şahlar Məmmədov və Gülşən Qasımova saxlanılıblar.

Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan bir kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər