USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Cəbrayılda xeyli silah-sursat aşkar edilərək götürülüb FOTO


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 58 dəfə oxunub
Cəbrayılda xeyli silah-sursat aşkar edilərək götürülüb FOTO

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığısilah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

Fəzail Səfərov

 



Oxşar xəbərlər