USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Cəlilabadda keçmiş məhkumdan silah və narkotik götürülüb. FOTO


  • Hadisə,
  • 2 ay əvvəl əlavə olunub,
  • 29 dəfə oxunub
Cəlilabadda keçmiş məhkumdan silah və narkotik götürülüb. FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən külli miqdarda narkotik vasitə və odlu silah aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Elnur Lətifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı onda 1 ədəd bükümdə 30 qramdan artıq narkotik vasitə heroin aşkarlanıb. Aparılan təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə E.Lətifovun həmin narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Göytəpə şəhər sakini Emil Mustafayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 5 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram narkotik vasitə heroin və AKM markalı “Kalaşnikov” avtomatı, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər