USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ceyhun Bayramov Bahrom Aşrafxanovu qəbul edib - FOTO


  • Siyasət,
  • 3 ay əvvəl əlavə olunub,
  • 40 dəfə oxunub
Ceyhun Bayramov Bahrom Aşrafxanovu qəbul edib - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini müzakirə ediblər. Ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, bölgələrarası əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.

Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda əməkdaşlığı və qarşılıqlı dəstək məsələləri məmnunluqla qeyd olunub.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı razılıq ifadə olunub.



Oxşar xəbərlər