USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Çin gəmiləri Yaponiya ilə mübahisəli əraziyə daxil olub


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 4601 dəfə oxunub
Çin gəmiləri Yaponiya ilə mübahisəli əraziyə daxil olub

Ardıcıl ikinci gündür Çin Dəniz Polisinin patrul gəmiləri Yaponiyada mübahisəli Senkaku adaları yaxınlığındakı zonaya daxil olurlar.

NHK telekanalı məlumat verir ki, gəmilərin birində top da var.

Bildirilir ki, səhər yaponiyalı balıqçı gəmiləri eyni zonada balıq tutanda Çin gəmiləri onlara yaxınlaşmağa çalışıblar. Bu zaman Yaponiya Sahil Mühafizəsi gəmiləri səsgücləndiricilər vasitəsilə Çin patrul xidmətçilərini ərazini tərk etməyə çağırıblar.

“Çin gəmilərinin bir neçə gün davam edən bu cür hərəkətlərini qəbuledilməz hesab edirik. Əlavə olaraq, bunu beynəlxalq (naviqasiya) qaydaların pozulması hesab edirik. Bununla əlaqədar olaraq Çin tərəfinə etiraz etdik və bu hərəkətlərin dayandırılmasını şiddətlə tələb etdik” , - deyə Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato bildirib.

Yaponiya tərəfi Çin gəmilərinin Senkakuda fəaliyyətinin artmasını Çində fevralın 1-də ölkənin suverenliyini qorumaq üçün xarici gəmilərə atəş açma səlahiyyəti verən qanunun qüvvəyə minməsi ilə əlaqələndirir.

Şərqi Çin dənizində yaşanan Senkaku arxipelaqı ilə bağlı ərazi mübahisəsi Tokionun 2012-ci il sentyabr ayında adaları fiziki şəxs olan Yaponiya vətəndaşlarından alacağını açıqladıqdan sonra daha da böyüyüb. O vaxtdan bəri Çin gəmiləri vaxtaşırı mübahisəli arxipelaqın yaxınlığında görünürlər.


Oxşar xəbərlər