USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Çin ordusu 200 tankını Şərqi Ladaxdan çıxardı


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 489 dəfə oxunub
Çin ordusu 200 tankını Şərqi Ladaxdan çıxardı

Çin Şərqi Ladaxdakı Hindistan qoşunları ilə təmas bölgəsindən 200 tankını çıxarıb.

Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

“Hindistan və Çin fevralın 10-da səhər Şərqi Ladaxdakı qoşunlarını geri çəkilməyə başlayıblar. Cümə axşamı Çin Xalq Qurtuluş Ordusu sərhəd gölü Panqonq Tsonun cənub sahilindən 200-dən çox döyüş tankını geri çəkib və digər hərbi texnikanın Ladaxdan köçürülməsi üçün azı 100 ağır nəqliyyat vasitəsi cəlb edib”, - deyə qeyd edilir.

Hindistan ordusunun da zirehli maşınlarını Ladaxdan çıxaracağı bildirilib.

Bundan sonra tərəflər qoşunların Ladaxdakı digər bölgələrdən çıxarılması ilə bağlı danışıqlara başlayacaqlar.

Xatırladaq ki, Hindistan-Çin sərhədindəki Ladax, o cümlədən Panqonq Tso gölü bölgəsindəki vəziyyət keçən ilin may ayının əvvəlində təxminən 250 Çin və Hindistan əsgərinin iştirakı ilə baş verən qarşıdurmalardan sonra kəskinləşib.


Oxşar xəbərlər