USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutuldu - RƏSMİ


  • Araşdırma,
  • 4 ay əvvəl əlavə olunub,
  • 65 dəfə oxunub
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutuldu - RƏSMİ

Daxili İşlər Nazirliyi 2021-ci il martın 24-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.


Oxşar xəbərlər