USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Deputat: “Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir”


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 51 dəfə oxunub
Deputat: “Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir”

“Mən çox istəyərdim ki, Azərbaycan əhalisinin bütün təbəqələri bayram süfrəsi aça bilsin”.

 Simurq.net in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bütün dünyada bayramlar zamanı qiymətlər düşür: “Bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Ona görə də Azərbaycanda da buna son qoymaq lazımdır. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır. Novruz bayramı ərəfəsində qiymətlərin yenidən artırılmasının qarşısı alınmalıdır”.


Oxşar xəbərlər