USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Deputat: “Prezident rəhbəri olduğu partiyanı zamanın çağırışlarına hazırlayır”


  • Siyasət,
  • 3 ay əvvəl əlavə olunub,
  • 40 dəfə oxunub
Deputat: “Prezident rəhbəri olduğu partiyanı zamanın çağırışlarına hazırlayır”

“Vətən müharibəsində qələbə, yeni hədəflər və yeni ideallar, yeni milli kimlik və siyasi kimlik ortaya çıxarır. Bu da hakim partiyanın yenilənməsini tələb edir. Ona görə də həyata keçirilən struktur, kadr və gözlənilən yeni proqramın qəbulu mühüm hadisədir”.

Simurq.net in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, partiyanın yeni tərkib idarəedicilərinin formalaşması, onların şəxsən ölkə rəhbəri tərəfindən seçilməsi, reputasiyası ilə hakim qüvvəni təmsil etməyə qadir yeni komandanın yaradılması əvvəlki səhvlərin təkrarlanmaması üçün yolların tapılması deməkdir: “Əks halda, YAP Siyasi Şurası bütövlükdə ləğv edilməzdi. Prezident 2019-cu ildə başladığı yeni hakimiyyət quruculuğunu davam etdirərək rəhbəri olduğu təşkilatı zamanın çağırışlarına hazırlayır. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyi dövlət idarəçiliyi üçün təmizlənmə və şəffaflıq, hesabatlılıq və məsuliyyət yaratdığı kimi, hakim partiyada da birinci müavinliyi düzgün və məsuliyyətli idarəçiliyə, eləcə də qadınların ön mövqelərə çıxmasına, ölkəmizdə xanımların bütün həyat sferalarında uğur qazanmasına mühüm töhfə olacaq. Elə etmək olar ki, idarəetmə üçün kadrların mühüm bir hissəsi məhz orada formalaşsın. Məsuliyyəti də onlar bölüşsün və təmiz olsunlar. Yəqin, icra hakimiyyətlərində müavin postunda olan son 7 rayon rəhbərlərinin həbsində hakim partiyanın yerli təmsilçilərinin rolu, qanunsuz əməllərdə iştirakı icra hakimiyyətləri-partiya sisteminə yenidən baxmağı zəruri edəcək, islahatların hansı sahələrdə aparılmasının vəsilə olacaq”.

Deputat qeyd edib ki, verilən qərarlar sübut edir ki, Prezident bütün siyasi qüvvələrin maraqlarının nəzərə alındığı bir ölkə qurmaq istəyir: “Digər tərəfdən, YAP xalq partiyası olaraq, yalnız məmurların, yaxud nomenklaturanın deyil, məhz əhalinin əsas qurucu hissəsinin, elmli və intellektual gəncliyin, qadınların, ölkənin ÜDM-ni formalaşdıran sahibkarlar təbəqəsinin partiyası olaraq tanınması arzu edilir. Milyonlarla insanın müdafiə etdiyi bir lider rəhbərlik etdiyi siyasi qüvvənin yalnız say deyil, ictimai siyasi həyatda əsas avanqard qüvvəyə çevrilməsini, ideyalar istehsal etməsini və gündəliyi müəyyənləşdirməsini, dövlət kursunun həyata keçirilməsində öncüllüyünü tələb edir”.

Z. Oruc deyib ki, Prezident yeni partiyalar sisteminin formalaşmasında maraqlı olduğunu sübut etdi. Qoy müxalifət də ideyaca yaxın olanlarla birləşsin, proqramlarını, ənənəvi fəaliyyət üsullarını dəyişsinlər, təşkilati strukturlarını yeniləsin. Belə olarsa, ölkəmizdə canlı və aktiv bir siyasi mühit bərqərar olar. Heydər Əliyev YAP-ı yaradarkən dövlət qurmağı və ərazi bütövlüyünü təmin etməyi qarşıya ali vəzifə kimi qoymuşdu, indi isə İlham Əliyev onu qorumaq və gücləndirməyi tapşırır”.


Oxşar xəbərlər