USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

DİN İsmayıllı sakininin iddialarına münasibət bildirib.


  • Araşdırma,
  • 2 ay əvvəl əlavə olunub,
  • 43 dəfə oxunub
DİN İsmayıllı sakininin iddialarına münasibət bildirib.

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayon sakininin sosial şəbəkələrdə barəsində polis əməkdaşları tərəfindən cinayət işinin açılması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Simurq.net" bildirib ki, rayonun Kürdmaşı kənd sakini Rasim Əhmədov barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılmayıb və yaxud hər hansısa bir araşdırma aparılmır:

“Səsləndirdiyi iddialara gəlincə isə həmin şəxsə ailə vəziyyəti ilə əlaqədar kənd icra nümayəndəliyi, eləcə də digər aidiyyəti qurumlar tərəfindən dəfələrlə yardım olunub və bir neçə dəfə də işlə təmin olunub. Lakin o, müxtəlif bəhanələr gətirərək işdən kənarlaşıb”.


Oxşar xəbərlər