USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dövlət başçısı: “Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 70 dəfə oxunub
Dövlət başçısı: “Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”

“Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir”.

Simurq.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında deyib.

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi: “7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”.


Oxşar xəbərlər