USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dövlət Departamenti: ABŞ-ın


  • Dünya,
  • 8 ay əvvəl əlavə olunub,
  • 691 dəfə oxunub
Dövlət Departamenti: ABŞ-ın

ABŞ-ın yeni administrasiyası, Ankaranın bu sahədəki təşəbbüslərinə baxmayaraq, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi ilə bağlı öz mövqeyini qoruyub.

Simurq.net TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bizim “S-400” məsələsi ilə bağlı siyasətimiz dəyişməyib”, - ABŞ xarici siyasət idarəsinin rəsmisi belə deyib.

“Rusiyanın “S-400” sistemləri NATO hərbi avadanlığı ilə uyğun gəlmir, NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyənin NATO üzvü kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir”, - deyə Prays əlavə edib.


Oxşar xəbərlər