USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dövlət Departamenti: İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ-ın səbri məhduddur


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 61 dəfə oxunub
Dövlət Departamenti: İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ-ın səbri məhduddur

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlarda səbrinin həddi var, lakin Vaşinqton məsələnin diplomatik həllinə ümid bəsləyir.

 Simurq.net xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Səbrimiz hədsiz deyil, ancaq İranın nüvə silahına sahib olmamasına əmin olmağın ən təsirli yolunun diplomatiya olduğuna inanırıq. Hazırda etdiyimiz şey budur”, - Prays belə deyib.

Onun sözlərinə görə, ABŞ hələ də Avropa Birliyinin dəvəti ilə İranla və 5+1 formatının digər iştirakçı ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) danışıqlarda iştirak etməyə hazırdır. Bundan əvvəl, AB Brüsselin bu formatda iştirakçıların görüşünü keçirməyə hazır olduğunu bəyan etmişdi.

ABŞ-ın xarici siyasət idarəsinin rəsmisi, həmçinin qeyd edib ki, Tehranla mümkün razılaşmaların bütün spesifik detalları yalnız danışıqlar zamanı müzakirə olunmalıdır: “Müzakirə edilə bilən məsələlərin konkret təfərrüatları ilə bağlı sualları tərəfdaşlarımızla birlikdə təklif etdiyimiz 5+1 kontekstində müzakirə etmək istəyirik”.


Oxşar xəbərlər