USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dövlət Komitəsində şəhid qardaşı işlə təmin edildi


  • Araşdırma,
  • 4 ay əvvəl əlavə olunub,
  • 74 dəfə oxunub
Dövlət Komitəsində şəhid qardaşı işlə təmin edildi

Vətən müharibəsində şəhid olan Ülvi Hacıyevin qardaşı onun çalışdığı Dövlət Gömrük Komitəsində işlə təmin olunub.

Simurq.net in məlumatına görə, bu barədə DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, Nicat Hacıyev qurumun Baş Dövlət Gömrük İdarəsində işlə təmin edilib.

Qeyd edək ki, Ü.Hacıyev döyüşə könüllü yazılıb.

“Vətən uğrunda” medalı ilə təltif olunan Ülvi Hacıyev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün büstü qoyulub.


Oxşar xəbərlər