USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dövlət şirkətlərinin ixrac gəlirləri açıqlanıb - FOTO


Dövlət şirkətlərinin ixrac gəlirləri açıqlanıb - FOTO

2021-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Təqdim edilən dövlət müəssisələri yanvar ayı ərzində ölkəyə 57,5 milyon ABŞ dolları həcmində gəlir gətirib. Siyahıya 14,7 milyon dollar ixrac həcmi ilə “SOCAR Polymer” başçılıq edir.

Daha sonra bu siyahıda 14,6 milyon dollar ixrac həcmi ilə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, 12,2 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 9,9 milyon dollar ixrac həcmi ilə “AzərGold” QSC, 5,2 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərenerji” ASC 350 min dollar, “Azəripək” MMC 239 min dollar, “Azərbaycan Dəmir Yolları” QSC isə 191 min dollar, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 64 min dollar, “Azərbaycan Hava Yolları” QSC (AZAL) 55 min dollar həcmində ixrac həyata keçirib.



Oxşar xəbərlər