USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub


  • ,
  • 4 ay əvvəl əlavə olunub,
  • 332 dəfə oxunub
Dünən Ağdamda partlayışda həlak olan əsgər dəfn olunub

Fevralın 4-də Ağdam rayonu ərazisində partlayışda həlak olmuş əsgər dəfn olunub.

Simurq.net informasiya agentliyinin məlumatına görə, 2001-ci il təvəllüdlü Zeynalov Qubad İslam oğlu doğulduğu Hacıqabul rayonunda bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilir ki, fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub, digər iki hərbi qulluqçu Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Cahangir.Novruz



Oxşar xəbərlər

Bərdədə soyğunçuluq edən şəxslər saxlanılıb
https://simurq.net/category/" title="">
  • 4 ay əvvəl
  • Video Bərdədə soyğunçuluq edən şəxslər saxlanılıb