USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Dünya çempionunun evində marixuana ferması tapılıb


  • Dünya,
  • 5 ay əvvəl əlavə olunub,
  • 163 dəfə oxunub
Dünya çempionunun evində marixuana ferması tapılıb

Boks üzrə sabiq dünya çempionu Culius Vitterin evində marixuana yetişdirilmə fermasının olduğu aşkarlanıb. 

Simurq.net in məlumatına görə, Ümumdünya Boks Şurasının (WBC) versiyasında qalib olan böyük britaniyalı bu evi icarəyə verib.

Qonaqlar evin qapısının sındırıldığını görəndə polis çağırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları fermanın qalıqlarını görüb. Vitter evin sahibi olduğunu, lakin icarəyə verdiyini bildirib.

Qeyd edək ki, 46 yaşlı Vitter 2006-08-ci illərdə birinci yarımorta çəkidə WBC kəmərinin sahibi olub. 2015-ci ildə karyerasını bitirən idmançı 53 döyüşdə 43 qələbə qazanıb.


Oxşar xəbərlər